Elman Nəsirli: “Ermənistanda yeni etiraz dalğası formalaşır” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqəti həmişə olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyətə də cəlb etdi. Bu məsələ ilə bağlı ölkə başçısı bir daha vurğuladı ki, Ermənistan dövləti və onun rəhbərliyi bu münaqişəni həll etmək istəmir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
YAP rəsmisinin sözlərinə görə, onların əsas niyyəti status-kvo vəziyyətini qoruyub saxlamaqdan ibarətdir: "Eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyəti və orada təmsil olunan dövlətlərin rəhbərləri dəfələrlə bəyanat qəbul ediblər ki, status-kvo vəziyyəti qəbuledilməzdir və o dəyişilməlidir. Amma status-kvo vəziyyəti dəyişilmir və əvvəlki kimi qorunub saxlanılmaqdadır. Təbii ki, bu da onu göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almağa yönəlib. Yəni onların fəaliyyəti ondan ibarətdir ki, Prezidentlər səviyyəsində görüşlər keçirməklə növbəti müəyyən zaman üçün atəşkəs rejiminin qorunub saxlanılmasına nail olsunlar. Amma məsələ ondadır ki, atəşkəs rejiminin bu şəkildə qorunub saxlanılması nəticə etibarilə həm də status-kvonun qorunub saxlanılmasına gətirib çıxarır. Təbii ki, bu da lazımi effekti vermir. Xüsusilə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərindən başlayaraq Ermənistanın atəşkəs rejimini pozması total xarakter kəsb etməkdədir. Beləcə təxribatların da sayı həddindən artıq artıb. Onlar bu təxribatlarına görə də layiqli cavablarını alıblar. Cənab Prezident də haqlı olaraq dedi ki, son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilib".
E.Nəsirli hesab edir ki, artıq Ermənistanda yeni bir etiraz dalğası formalaşmaqdadır: "Təbii ki, bu etirazlar əvvəllərdə var idi. Amma hazırda yeni məzmun kəsb edir. Heç şübhəsiz ki, bu da erməni analarının etiraz dalğasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB