Politoloq: "Sarkisyan və onun komandası qorxur" AÇIQLAMA

Politoloq: "Sarkisyan və onun komandası qorxur" AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələlər beynəlxalq kürsülərdən Ermənistanın təxribatçı əməlləri ilə bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı son dəfə Münhen Təhlükəsizlik sammitində çıxışı zamanı Ermənistanın Dağlıq Qarabağda hazırki status-kvonun saxlaması məsələsinin nədən ibarət olduğunu geniş ictimaiyyətə detalları ilə çatdırdı. Prezident İlham Əliyev həmin sammitdə çıxışı zamanı ATƏT-in və digər beynəlxalq qurumların işinin yenidən qurulması istiqamətində də tövsiyyələrini verdi". Bunu SİA-ya politoloq Arzu Nağıyev ötən gün Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistana qarşı səsləndirilən tənqidi fikirlərə baxmayaraq onlar özlərini ərköyün uşaq qismində hiss edir, bütün təmas xətti boyu təxribatlara səy göstərir və bunun qarşılığında layiqli cavablarını da alırlar: "Son ayların statistikasına baxsaq görərik ki, Ermənistan onlara itki verib. Azərbaycan Ordusunun layiqli cavabları, keçirdikləri təlimlər, erməni ordusunda baş alıb gedən fərarailik, daxili narazılıqlar onları narahat etməyə başlayıb. Bütün bunlar hakimiyyətin devrilməsinə gətirib çıxara biləcək amillərdir. Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş Sarkisyan və onun komandası da bundan qorxur. Məhz buna görə də özlərini dünyaya məzlum bir xalq göstərmək adətlərini davam etdirirlər. Ötən gün dövlət başçısının da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi də bununla bağlı idi. Ermənistan ilk növbədə öz xalqını düşünməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə