MSK Katibliyinin strukturunda dəyişiklik edilib

MSK Katibliyinin strukturunda dəyişiklik edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibliyinin tərkibində struktur dəyişikliyi edilib. SİA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər siyasi partiyalarla MSK arasında münasibətlərin tənzimlənməsi üçün MSK Katibliyinin strukturunda dəyişiklik edilməsi zərurətini yaradıb.

Məsələ iclasda səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə