Azərbaycan Xarici İşlər Nazirliyi BƏYANAT YAYDI

Azərbaycan Xarici İşlər Nazirliyi BƏYANAT YAYDI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır. XİN-dən SİA-ya verilən məlumata görə, bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə