Gənclər Avropa Oyunlarına hazırlaşır

Gənclər Avropa Oyunlarına hazırlaşır

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına necə hazırlaşır və hər hansı bir lahiyələrlə, təklif və ideyalarla çıxış etməyi planlaşdırırmı? Bu məsələ ilə bağlı müsahiblərmizə müraciət etdik.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov:

- Azərbaycanın dünya arenasında nufuzunun möhkəmləndirilməsi və təbliği baxımından birinci Avropa Oyunlarının keçirilməsi çox müsbət bir haldır. Azərbaycanın Gənclər Təşkilatları, QHT-ləri Avropa Oyunlarına bir təbliğatı dəstək verməyə qarşılarına məqsəd qoyublar. Artıq bu sahədə də işlər görülür. Yəni Avropa Oyunlarının təbliğ olunması sahəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində Gənclər Təşkilatları müxtəlif layihələr həyata keçirirlər. İndi isə ən böyük fəaliyyət Gənclər Təşkilatlarının Avropa Oyunlarına böyük bir könülülər heyyəti və komandası ilə getməsidir. Bu könülülər yarışlar öncəsi və yarışlar müddətində istər xaricdən gələn idmançılara və digər qonaqlara xidmət göstərmək üçün onlara yardım olacaq və təşkilatı-texniki işlərdə köməklik göstərəcəklər. Gənclər təşkilatlarının Avropa Oyunlarınına digər bir dəstəyi də təbii ki, Azərbaycana gələcək qonaqlara Azərbaycanı tanıdılması olacaqdır. Yəni müxtəlif təbliğatı materialların çatdırılmasından tutmuş, müxtəlif sosial şəbəkələrdə və KİV-lərdə başqa əcnəbi ölkələrdə Azərbaycanın bu Avropa Oyunlarına necə hazırlaşdığını və bunun necə və hansı səviyyədə keçirəcəyini göstərməyi ilə bağlı aparacağı işlər olacaqdır. Başqa bir işi isə oyunlar ərəfəsində müxtəlif layihələr daxilində xarici ölkələrdə keçirilən tədbirlərdə Avropa Oyunları ilə bağlı hazırladıqları müxtəlif təqdimatlardır. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Prezident Yanında Gənclər Fondu, o cümlədən Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif lahiyələrə yəni, Avropa Oyunları ərəfəsində təbliğatı işlərin aparılmasına Gənclər Təşkilatlarının layihəsinə dəstək vermələridir. Bu layihələr uğurla icra edilir. Bunun da bariz nəticəsini də oyunlar ərəfəsində və oyunlar müddətində də bir daha görəcəyik.

"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud

- Azərbaycanın dünyada artan nüfuzu bütün sahələr üzrı qazandığı uğurlar Azərbaycanın belə bir mühüm dünya səviyyəli idman oyununa ev sahibliyi eləməyə mənəvi, siyasi və hüquqi haqq verdi və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Əməliyyat Komitəsi qısa müddət ərzində kifayət qədər istər infrastruktur sahəsində, istərsədə bu oyunların keçirilməsi üçün tələb olunan digər sahələr müsbət işlər görüldü. Bir sözlə, Azərbaycan tamlıqla buna hazırdı. Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan və daim ölkənin ictimai, siyasi və sosial həyatında yaxından iştirak edən Gənclər Təşkilatlarıda bu sahədə yaxından iştirak edirlər. Gənclər Təşkilatları hada çox bu prosesə könülülərin cəlb olunması Azərbaycanda və eyni zamanda ölkədən xaricdə birinci Avropa Oyunları ilə bağlı təqdimatların keçirilməsi öz partyornalırına birinci Avropa Oyunları ilə bağlı zəruri, həqiqi informasıyanın verilməsi ilə məşğuldular.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə