"İsrail regional, ABŞ isə qlobal dövlətdir. İsraillə ABŞ yaxın müttəfiqdirlər buna görə də, ABŞ heç bir zaman İsrailin maraqlarını güdəza verməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Vəfa Quluzadə ABŞ-ın İranla nüvə anlaşması mövzusunda münasibətlərinin istiləşməsinə, İsrailin isə buna qarşı etiraz etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İsrail xəbərdardır ki, ABŞ onun əsas dəstəkləyicisidir: "Eyni zamanda, ABŞ qlobal dövlət olduğuna görə onun qlobal məqsədləri var".
Politoloq vurğlayıb ki, ABŞ qlobal dövlət olduğuna görə, onun qlobal məqsədlərindən biri də Rusiyanı çökdürmək iddiasıdır: "Hazırda ABŞ-ın qlobal məqsədi neftin qiymətinə nəzarət edərək, onun qiymətini daimi şəkildə aşağı saxlayıb, Rusiya Federasiyasını çökdürməkdir. Buna görə də İranla problemləri həll etmək, onun üzərində olan sanksiyaları götürmək ABŞ-ın hazırkı maraqlarına cavab verir".
ABŞ-dan fərqli olaraq, müttəfiqi İsrailin regional dövlət olduğunu bir daha xatırladan Vəfa Quluzadə bildirib ki, buna görə də İsrail İranı özünə regionda təhlükə hesab edir: "Bəlkə də İran İsrail üçün real təhlükədir amma İsrailin ABŞ kimi dəstəyi olduğu üçün bu önəmli təhlükə sayılmamalıdır. Buna görə də İsrail öz regional maraqlarında çıxış edərək istəmir ki, ABŞ İranla əlaqələrini istiləşdirsin və İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etsin. Ancaq ABŞ hər zaman özünün qlobal məqsədlərinə maneçilik olmayan yerdə İsraili dəstəkləyib".
Politoloqun sözlərinə görə, İran qarşısına nüvə silahı yaratmaq planını qoymayıbdır: "İran nüvə silahını yaratmır. Lakin İranda nüvə proqramının inkişafı həmin ölkə üçün nüvə silahını yaratmağa imkan yarada bilər. Buna görə də ABŞ və İsrail bu məsələdə narahatdırlar. Əgər nüvə silahı istehsal olunarsa İranın bu silahdan istifadə edib-etməməsi də naməlumdur. Əgər İran ABŞ-a zəmanət versə ki, onun proqramı nüvə silahına doğru getmir, uran İranda deyil xaricdə zənginləşdiriləcək. Həmin halda ABŞ İranı regionda özü üçün dayaq seçə və İranla əlaqələr istiləşə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB