Ekspert: “Azərbaycanın Almaniya və Türkiyə ilə konstruktiv müstəvidə münasibətləri var”

Ekspert: “Azərbaycanın Almaniya və Türkiyə ilə konstruktiv müstəvidə münasibətləri var”

"Almaniya və Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri olması məsələsi ilə bağlı rəsmi açıqlama olmadan danışmaq çətindir. Amma, Azərbaycanın hər iki ölkə ilə münasibətləri yüksək səviyyədir". Bunu SİA-ya Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə mütəxəssis Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Almaniya və Türkiyə ilə konstruktiv müstəvidə münasibətləri var: "Türkiyə ilə Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan strateji tərəfdaşdır. Eyni zamanda Azərbaycan Almaniya ilə ticarət partnyordur. Həmçinin ikitərəfli münasibətlərdə çox böyük potensial var".

Ekspert deyib ki, bu ölkələrlə Azərbaycan xarici siyasət konsepsiyasına uyğun olaraq iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə