Razi Nurullayev: “Əli Kərimli şantajçılıqla məşğuldur”

Razi Nurullayev: “Əli Kərimli şantajçılıqla məşğuldur”

Bu gün BMM-də sabiq AXCP üzvü, partiyanın sədri Əli Kərimli tərəfindən müavinlikdən və təşkilat sıralarından çıxarılmış Razi Nurullayevin mətbuat konfransı keçirilib. Razi Nurullayev çıxışında AXCP sədri haqqında bu günə qədər ictimaiyyətə bəlli olmayan şok faktlar açıqlayıb.

Sabiq cəbhəçi qeyd edib ki, Əli Kərimli davamlı olaraq şəxsi məqsədlərinin təminatı üçün AXCP-nin rayon təşkilatlarından üzvlərindən məcburi sürətlə, zorla pul toplayıb: "O məqsədlə ki, həmin pulların hesabına "Azadlıq" qəzetin çap etdirsin. Bir hissəsini də öz maraqlarına xərcləsin. Yəni öz şəxsi maraqları naminə həmin pullardan istifadə eləsin".

Razi Nurullayev eyni zamanda bildirib ki, Əli Kərimlinin oğlu Türkel Kərimlinin İngiltərədə təhsil aldığı müddətdə onun külli miqdarda təhsil haqqının ödənilməsində də həmin vəsaitlər xərclənib. Həmçinin AXCP sədrinin kiçik oğlu da Britaniyada anadan olub və təhsilini orada almaqdadır. Keçmiş cəbhəçi Əli Kərimlinin partiyada avtoritar idarə üsulu tıtbiq etdiyini deyib. Eyni zamanda, AXCP sədri nəzarətində saxladığı "Azadlıq" qəzetində kimlərin çıxış edib-etməməsinə də qərar verdiyini vurğulayıb: "AXCP-nin 70 rayon təşkilatı var. Bu 70 rayon təşkilatının sədrlərindən heç biri "Azadlıq" qəzetində çıxış edə bilmirlər. Heç birinin çıxışları getmir. Çünki Əli Kərimli buna icazə vermir. Ancaq rayon təşkilatının üzvlərindən hər ay 70 rayon üzrə külli miqdarda pul yığıb öz şəxsi məsrəfləri üçün sərf edir. "Azadlıq" qəzetinə məcburi şəkildə partiya üzvlərini abunə etdirir".

Bundan başqa, Razi Nurullayev onun partiyadan uzaqlaşdırılması ərəfəsində baş verən daha bir olayı da ictimailəşdirib: "Əli Kərimli məni yanına çağırdı və partiyanın sədr müavinliliyindən azad edəndən sonra dedi ki, mənə (Əli Kərimliyə-red.) Böyük Biritaniyada və ABŞ-ın Azərbaycandakı səfirliylərindən deyiblər ki, Razi Nurullayev hakimiyyətə işləyir və hakimiyyətdən maliyyələşir".

Razi Nurullayevin bildirdiyinə görə, Əli Kərimli ona deyib ki, ABŞ və Biritaniya səfirliyi dinləmə cihazları ilə onu dinləyiblər. Sabiq cəbhəçi həmin səfirliklər qarşısında tələb də qaldırıb: "İndi mən də həm Böyük Biritaniya, həm də ABŞ səfirliyindən tələb edirəm və bu məsələnin aydınlıq gətirsinlər ki, məni hansı məqsədlər və nə üçün gizli şəkildə dinləyiblər. Onlara bu səlahiyyəti kim verib".

Razi Nurullayev onu da bildrib ki, Əli Kərimli adamları facebook saxta profillər yaradaraq onun üzərinə şantaj xarakterli hücuma keçiblər: "AXCP-in rəyasət heyətinin üzvlərinin facebookda 110 saxta profilləri var. Yəni həmin saxta profillər vasitəsi ilə mənim üzərimə hücuma, şantaja və təhqirə keçirlər".

Razi Nurullayev Əli Kərimlinin partiyada sıxışdırıldıqlarını da bildirib: "Bundan başqa, Əli Kərimli gəncləri sıxışdırıb partiyadan uzaqlaşdırır. Onlara şər və böhtan atır. Təsadüfü deyil ki, partiyanın rayon təşkilatlarının birinin sədrini vəzifədən azad etdi. Onu yerinə öz mühfizəçisini gətirdi. Rayon təşkilatına sədr qoydu. Bu söz söhbət hələdə AXCP-də böyük ajiotaj yaradıb".

Razi Nurullayev Əli Kərimlinin şantajçı olduğunu bir daha vurğulayaraq, onun barəsində gələcəkdə də faktlar açıqlayacağını deyib.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə