Millət vəkilindən boykota REAKSİYA

Ağacan Abiyev: “Adlarını azərbaycanlı qoyub bu cür fikirlərlə çıxış etmək utancvericidir!”
Millət vəkilindən boykota REAKSİYA

"Leyla Yunus və onun kimi düşünənlər heç bir zaman Olimpiya oyunlarını baykot edə bilməz. Bu insanlar nə qədər savadsızdırlar ki, bilmirlər kim, nəyi boykot edə bilər". Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abiyev Leyla Yunusun və radikal müxalifət dairələrinin Avropa Oyunlarını boykot etmək çağırışına münasibətini bildirərkən deyib.

"Əgər xuliqanlıq etmək niyyətinizdədirsinizsə, o zaman da cəzanızı alacaqsınız"

Ağacan Abiyev qeyd edib ki, bu məsələni ancaq Beynəlxalq Olimpiya Komitəsinin üzvlərindən olan bir ölkə qaldıra bilər, Leyla Yunus kimiləri deyil: "Adlarını azərbaycanlı qoyub bu cür fikirlərlə çıxış etmək utancvericidir. Baykotdan söhbət gedə bilməz. Yox, əgər xuliqanlıq etmək niyyətiniz varsa, o zaman da cəzanızı alacaqsınız. 80-ci illərdə Moskvada Olimpiya oyunları keçiriləndə kapitalist ölkələri olan ABŞ, Fransa, İngiltərə, Yaponya bu oyunları boykot edərək orada iştirak etmədilər. Amma buna baxmayaraq Olimpiya oyunları yüksək səviyyədə keçirildi. O ki, qaldı ölkə daxilində kiminsə boykot etməsinə bu ümumiyyətlə absurd səslənir".

"Onlara başa salmaq lazımdır ki, ay savadsızlar..."

Millət vəkili radikal müxalifətdə təmsul olunan bir toplum insanların savadsız olduqlarını deyib: "Onlara başa salmaq lazımdır ki, ay savadsızlar boykotu Olimpiya oyunları başqa ölkələrdə keçirilən zaman edə bilərsiniz. O da kim icazə verəcək ki?".

Ağacan Abiyev belələrinin ermənilərdən fərqlənmədiyini deyib: "Hazırlaşdığımız Olimpiya oyunlarını boykot etmək istəyən bir ölkə var idi. O da təcavüzkar, düşmən ölkə olan Ermənistan idi. Onlar bunu gözü götürməməzlikdən etmək istəyirdi. Onlara cavabı da Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa verdi".

"Daxilimizdəki düşmənlər ermənidən də betərdir"

"O Bakıya gəlməzdən öncə İrəvana səfər etdi və onların Bakıda keçiriləcək Olimpiyaya oyunlarını baykot edəcəkləri təqdirdə cavablarının veriləcəyini söylədi"-deyə xatırladan millət vəkili bildirib ki, onun qorxusundan ermənilər iştirakı qəbul etdi: "Belə çıxır ki, bu daxilimizdəki düşmənlər ermənidən də betərdir. Bizim adımızı biabır etməsin bu savadsız, ağılsız, dünyagörüşsüz insanlar!"

Millət vəkili son olaraq onu da vurğuladı ki, əslində, Olipmiya oyunları dünyaya sülh gətirir: "Olimpiya oyunlarının dünyada savaşı dayandırdığı, sülhə yol açdığı bir dövrdə bu cür insanların varlığı bizi təəssüfləndirir. Olimpiyanın ən vacib fəlsəfəsi xalqların, qonşuların sülh çərçivəsində yaşamasıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə