Prezident İlham Əliyevin Almaniyaya son səfəri və Davos İqtisadi Forumunda iştirakı Avropa mətbuatında geniş işıqlandırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya son səfəri və Davos İqtisadi Forumunda iştirakı Avropa İttifaqı mətbuatında geniş işıqlandırılıb. SİA-nın məlumatına görə, Brüsseldə geniş oxucu auditoriyasına və Avropa Parlamentinin üzvləri, eyni zamanda Avropa İttifaqı funksionerləri arasında böyük nüfuza malik olan "EurActiv" xəbər portalında "Almaniya Azərbaycanı çox vacib tərəfdaş hesab edir" başlıqlı məqalə (http://www.euractiv.com/sections/europes-east/germany-calls-azerbaijan-increasingly-important-partner-311511) dərc olunub.
Məqalədə Almaniyanın Cənub Qaz Dəhlizi layihəsinə verdiyi dəstək, Almaniyanın Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, Azərbaycan – Almaniya əlaqələri, eyni zamanda, Azərbaycan – Avropa İttifaqı münasibətlərinə dair məlumat verilir və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol vurğulanır.
Brüsseldə nəşr olunan "New Europe" qəzetində isə Azərbaycan Respublikası Prezidentinin Almaniyaya və Davosa səfərinin nəticələrindən bəhs edən "Azərbaycan Berlində Avropa İttifaqının rolunu gücləndirir" başlıqlı məqalə (http://www.neurope.eu/article/azerbaijan-strengthens-eu-role-berlin-davos ) dərc edilib. .
Xüsusilə vurğulamaq lazımdır ki, qəzetin ilk səhifəsində Ermənistanla bağlı mənfi (Armenia is EU’s greatest disappointment), Azərbaycanla bağlı isə (Azerbaijan strengthens EU role in Berlin) müsbət başlığın verilməsi Azərbaycanın Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaş olduğuna, Ermənistanın isə əksinə, Avropanın ümidlərini doğrultmadığına diqqətin yönəldilməsidir.
Məqalədə Azərbaycan Prezidentinin Almaniyaya və Davosa etdiyi səfərin nəticələri təhlil edilərək, Almaniya kansleri xanım Merkel və Bundestaq üzvləri ilə görüşlərdə Azərbaycanın Cənubi Qafqazda lider ölkə olduğunun qeyd edildiyi bildirilir və ölkəmizin Avropa İttifaqının vacib tərəfdaşı olduğu vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB