Tural Abbaslıdan Qubad İbadoğluya İTTİHAM

“ADR-in yaranması narazıları parçaladı”
Tural Abbaslıdan Qubad İbadoğluya İTTİHAM

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) yaradılması Müsavatın yeni rəhbərliyi ilə yanaşı, narazılar qrupunun digər kəsimini də ittiham etməyə vadar edib. SİA xəbər verir ki, bu dəfə Qubad İbadoğlunu ittiham edən, müsavatdaxili fraksiya yaratmağa hazırlaşan keçmiş Divan üzvü Tural Abbaslı olub. Tural Abbaslı ittihamçı mövqeyini belə əsaslandırıb ki, əslində, Qubad İbadoğlu ADR adlı hərəkat yaratmaqla narazıların mövqelərini başqan Arif Hacılıya təhvil verib: "Belə bir vəziyyətdə hərəkatın yaradılmasına ehtiyac yox idi. Belə ki, həmin addım bilavasitə partiya daxilində olan narazıların gücünün parçalanmasına, fikir ayrılığına və fraksiyanın yaradılmasında qeyri-müəyyənliyə səbəb olub. Nəticədə ictimai rəydə bizim tərəfimizdən fraksiyanın yaradılmasına inam azaldı. O cümlədən, belə bir fikir formalaşmağa başladı ki, biz Müsavatda qalacağıq, yoxsa yox".

Tural Abbaslının fikrincə, ADR hərəkatı partiyadan kənarda deyil, partiyanın daxilində yaradılmalıydı: "Təşkilatın Müsavatdan kənarda yaradılması o anlamı daşıyır ki, narazılar partiya daxilindəki mövqelərini Arif Hacılıya və onu dəstəkləyən komandasına təhvil verir".

Bütün xəbərlər Facebook səhifəmizdə