Bu gün Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib. SİA-nın məlumatına görə,
Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyalarının buraxılması da əksini tapıb. Eyni zamanda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 15 saylı məntəqə seçki komissiyası, 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 12 saylı məntəqə seçki komissiyası, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə 37 saylı məntəqə seçki komissiyası, 71 saylı Masallı Seçki Dairəsi üzrə 4 saylı məntəqə seçki komissiyası və 83 saylı Ağcabədi- Füzuli Seçki Dairəsi üzrə 42 saylı məntəqə seçki komissiyası buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB