Musa Qasımlı: “Əfv fərmanı eyni zamanda bir ibrət dərsidir" MÜNASİBƏT
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanı dövlət başçımızın humanistliyini və xeyirxahlığını göstərir". Bunu SİA-ya millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı ötən gün Prezident tərəfindən imzalanan əfv fərmanına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində belə bir addımın atılması xüsusilə əhəmiyyətlidir: "Cənab Prezidentimizin iradəsi ilə həbsxanalardan çıxmış insanlarımız ailələrinə, ata-analarına qovuşacaqlar, neçə-neçə ailəyə sevinc bəxş olunacaq, evlərdə şadyanalıq olacaq. Bu fərman eyni zamanda bir ibrət dərsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB