Rasim Musabəyov: “Rəsmi Bakı bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək” AÇIQLAMA
"Ermənistanın kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatmasının heç bir hüququ əsası yoxdur". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın "məhkəmə"si ilə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il cəza verilməsinin bizim üçün heç bir fərqi yoxdur: "Çünki, onların bu cür qərarlarının heç bir hüquqi qüvvəsi yoxdur. İşğalçı ölkənin həm məhkəməsi, həm hakimləri, həm də ittihamları qondarmadır. O adamlar sadəcə olaraq ermənilər tərəfindən saxlanılan Azərbaycan girovlarıdır. Düşünürəm ki, rəsmi Bakı bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək".
Beynəlxalq təsisatların, dairələrin bu məsələlərə görə, hələ də Ermənistandan izahat tələb etməməsinə gəlincə, R.Musabəyov bildirib ki, ümumiyyətlə bu qondarma heç kim tanımır: "Amma düşünürəm ki, sözügedən qurumlar vasitəsilə də Azərbaycan tərəfi öz vətəndaşlarının geri qaytarılmasına çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB