Partiya rəsmisi: “Onlar üçün seçkidən danışmaq ağılsızlıq olardı”
"Seçkidə iştirak etmədən keçirilən seçki haqqında bəyanatlar vermək, mövqe sərgiləmək qeyri-ciddiliyin göstəricisidir. Seçkiyə o adam qiymət verə bilər ki, həmin şəxs seçkidə iştirak etmiş olsun. Yoxsa evdə oturub hər şeyə "yox" demək, ənənəvi olaraq ləkə yaxmaq nə normal insana, nə də bir partiya rəhbərinə yaraşan hərəkət deyil". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli radikal müxalifət partiyaları rəhbərlərinin bələdiyyə seçkiləri haqqında verdikləri bəyanatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, radikal müxalifət hazırda böhran dövrünü yaşayır: "Bu partiyalar acı tale ilə üz-üzədirlər. 2000-ci ildə AXCP-nin yaşadığı taleyi, bu gün Müsavat yaşayır. Bu, qaçılmazdır. Müsavat da artıq AXCP-nin gününə düşüb. Onlar bələdiyyə seçkiləri haqqında ona görə danışırlar ki, guya öz mövcudluqlarını sübut emək istəyirlər. Halbuki, bunu hər kəs bilir ki, bu partiayalar hazırda dava-dalaşdan baş aça bilmir, daxili problemlərdən məhv olub gedirlər. Məncə, belə bir şəraitdə onlar üçün seçkidən danışmaq ağılsızlıq olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB