Qırğızıstanın Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

Qırğızıstanın Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə