Dünən YAP Gədəbəy rayon təşkilatı 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinin keçirilməsi , bu istiqamətdə işlərimizi seçki məcəlləsinə uyğun, günün tələbləri səviyyəsində qurulması və partiya fəalları ilə görüş keçirildi.
Görüşdə iştirak etdilər:
YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov
YAP Gəncə Şəhər təşkilatının sədri Naqif Həmzəyev
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev
Tədbiri təşkilatın sədri Rüstəm Nağıyev açaraq YAP Gədəbəy rayon təşkilatının çoxsaylı üzvləri və tədbir iştirakçıları adından dəyərli qonaqları salamlayaraq məruzə ətrafında çıxışa başladı.
Təşkilat sədri çıxış edərək bildirdi ki, bələdiyyələrin yerli demokratiyanın inkişafında yer aldığını nəzərə alsaq , qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünki , ilk növbədə bələdiyyələrin səmərəli fəalliyəti idarəetməni daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reyallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi , hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir. Həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Eyni zamanda Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.
Natiq çıxışında onu da qeyd etdi ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Qarşıdan gələn seçkilərdə də qələbəni təmin etmək üçün YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tövsiyyələrə uyğun olaraq YAP Gədəbəy rayon təşkilatı da zəruri addımlar atır. Bilirsiniz ki, YAP idarə heyyətinin seçkilərlə bağlı müvafiq qərarı var və bu qərara uyğun olaraq tədbirlər planı hazırlanır. Həmin tədbirlər planına uyğun olaraq YAP Gədəbəy rayon təşkilatı işini bu istiqamətdə qurur. YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq. YAP Gədəbəy rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyanın Gədəbəy rayon təşkilatı tərəfindən yaradılmış Mərkəzi Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı tək operativ fəaliyyət göstərməkdədir. Bütövlükdə partiya və onun fəal üzvləri seçki kompaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər olunublar. YAP Gədəbəy rayon Seçki Qərargahının üzvləri ilk partiya təşkilatları ilə sıx əlaqə qurur və seçki prosesinin gedişini daima diqqət mərkəzində saxlayır. Indiyə qədər partiyanın namizədlərinin irəli sürülməsi ,onların bildirişləri , imza vərəqələrinin götürülməsi , müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması,
imza toplama prosesi, namizədlərin DSK-lar tərəfindən qeydiyyata alınması və s. seçki fəaliyyəti haqqında YAP-ın Mərkəzi Seçki Qərargahına operativ məlumatlar vermişik. Eyni zamanda Mərkəzi Seçki Qərargahının əməkdaşları da bizlərlə mütəmadi əlaqə saxlayaraq fəaliyyətimizi koordinasiya edirlər.
YAP qarşıdan gələn Bələdiyyə seçkilərinə də inamla gedir. Partiya hələ xeyli öncədən özünün seçki planını hazırlayıb və buna uyğun mərhələ şəklində seçkilərin həyata keçirilməsi üçün lazimi addımlar atır. Beləcə qrafikə uyğun olaraq işlər davam etdirilir. Bütövlükdə seçkilərlə bağlı işlər bir neçə mərhələdən ibarətdir. Bunu ilkin seçkilər elan olunduqdan sonrakı dövr və yekun mərhələ kimi təsnifatlandırmaq olar. Ilkin mərhələdə YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahı yaradıldı. Seçki Qərargahında seçki təcrübəsi olan partiya üzvləri təmsil olunurlar. Həmçinin gənclərin, qadınların və fəalların bu işə cəlb olunması da əsaslı şəkildə özünü göstərdi. Biz qərargah üzvləri ilə birlikdə treninqlər keçirdik. Çünki bələdiyyə seçkiləri digər seçkilərdən öz spesifikasına görə fərqlidir. Bələdiyyə seçkilərində seçki qərargahının üzərinə düşən iş digər seçkilərdən daha çoxdur.
Oktyabr ayının 23-də YAP İdarə Heyyəti tərəfindən bələdiyyə seçkilərində hər iki dairə üzrə səlahiyyətli nümayəndələr təyin olunub. 25 oktyabrda partiyanın idarə heyyətinin qərarı ilə bütün dairə və bələdiyyələr üzrə YAP-ın namizədləri irəli sürüldü. Oktyabrın 29-da hazırlanmış sənədlər dairə seçki komissiyalarına təqdim olundu. Bundan sonra isə seçki məcəlləsinə uyğun olaraq bir neçə gün müddətində DSK o sənədləşməni yoxlayıb müvafiq qərarlar qəbul etdilər. Belə ki, YAP tərəfindən ilkin olaraq 207 nəfər şəxsin namizədliyi hər iki dairə üzrə irəli sürülmüşdür. Onlar imza vərəqəsi almışdır və qeydiyyatdan keçmişdir. Belə ki, 103 saylı DSK-a üzrə 134 nəfər, 104 saylı DSK-a üzrə isə 73 nəfər namizəd irəli sürmüşük. Onların da hamısı dairə seçki komissiyalarında namizədliyi qeydiyyata alınıb. Biz bütövlükdə 20 bələdiyyənin hamsına namizəd irəli sürmüşük. Bələdiyyə seçkilərinin bir tələbi də ondan ibarətdir ki, namizəd olmaq istəyən şəxslər gərək yaşayış qeydiyyatında olduğu ərazidə bu prosesi həyata keçirsin. Yəni, bir ərazidə qeydiyyatda olan şəxslər digər ərazidə bələdiyyəyə namizədliyini irəli sürə bilməz. Elə nümayəndələr vardır ki, faktiki həmin ərazidə yaşasa da amma başqa yerdə qeydiyyatdadır. Ona görə də biz həmin nümayəndələrlə prafilaktik söhbətlər apardıq və onlar namizədliyini irəli sürmədilər. Bundan əlavə YAP dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzv təyin etmişdir. YAP Mərkəzi Aparat tərəfindən verilmiş tövsiyyələrə uyğun olaraq YAP Gədəbəy rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş nümayəndələrin hamsını ali təhsillidir. Onlardan isə əsasən gənclərə və qadınlara üstünlük verilmişdir. Qanunvericiliyə əsasən seçki gününə 23 gün qalmış , yəni, dekabr ayının 1-dən təbliğat təşfiqat işlərinə başlanılıb. Belə ki, YAP bütün bələdiyyələrdə özünün namizədlərinin vahid formada hazırlanmış plakatlarını çap etdirib. 20 bələdiyyənin hər birində YAP-ın vahid plakatları vurulmuşdur. Bizim təbliğat kompaniyamız dekabrın 20-nə qədər davam edəcək. Bu gündən sonra da biz bələdiyyələrin hər birində görüşlər keçirəcəyik ki, onların da qrafiklərini YAP Mərkəzi Aparata təqdim etmişik.
YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Gəncə Şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxışlarında qeyd etdilər ki, Ölkəmizdə bələdiyyə seçkiləri 1999, 2004 və 2009-cu illərdə keçirilib. Son 2009-cu ilin bələdiyyə seçkiləri isə xüsusi ilə yadda qalan olub. Ilk növbədə də deyə bilərəm ki, həmin seçkilərə gedərkən Azərbaycanda bu İnisititun artrıq 10 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdur. Eyni zamanda bu dəfə kadrların seçilməsi,gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Belə ki, nəzərinizə çatdırım ki, bu seçkilərdə də namizədlik irəli sürülərkən bütövlükdə ali təhsilli insanlara, gənclərə və qadınlara üstünlük vermişdir. 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərində də YAP namizədlərinin çoxluq və üstünlük təşkil edəcəyi istiqamətində işlər aparılıb və YAP-ın qələbəsini qazanacağına inanırıq. Bu yolda bütövlükdə YAP fəallarına uğurlar arzulayıram.
Xəyyam Vəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB