Mingəçevirdə təbliğat kampaniyası başlandı

Mingəçevirdə təbliğat kampaniyası başlandı

YAP-ın Mingəçevir şəhər təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kompaniyasına start verib. Qanunla müəyyən olan yerlər Yeni Azərbaycan Partiyasının Şura və Mingəçevir Bələdiyyəsinə namizədlikləri irəli sürülən şəxslərin təbliğat-təşviqat materialları verilib.

01 dekabr 2014—cü il tarixdə təbliğat-təşviqat kompaniyası ilə əlaqədar Mərkəzi Seçki Qərargahının üzvləri, Millət vəkilləri Elman Məmmədov, Bəxtiyar Sadıqov, Tahir Rzayev və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov, YAP Mingəçevir şəhər təşkilatının fəalları və şəhər ictimaiyətin nümayəndələri ilə görüş keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə