Səxavət Əlisoy: “Müsavat Partiyasına qarşı mübarizə aparacayıq” ŞOK AÇIQLAMA
"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyasından istefa verənlərin özlərinin müdafiəsi üçün məhkəməyə müraciət etməsi təklifini çox düzgün və yerində olan bir addım kimi dəyərləndirirəm". Bu sözləri SİA-ya açıqlaması zamanı Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy ADP sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyasından istefa verənlərin özlərini müdafiə etmələri üçün məhkəməyə müraciət etməsi təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq Müsavat Partiyasının bütün strukturları saxtakarlar tərəfindən işğal olunub: "Hesab edirəm ki, məhkəməyə qədər Müsavat Divanının qərarından Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) şikayət vermək olardı. Ancaq MNTK-nın özü də Arif Hacılının saxta qurumu olduğuna görə, ora şikayət etməyin heç bir anlamı yoxdur. Təbii ki, biz də ADP sədrinin dediyi kimi məhkəməyə müraciət eməyi düşünürük. Hesab edirəm ki, bu təklif çox düzgündür".
S.Əlisoy bundan sonra Müsavat Partiyasına qarşı necə mübarizə aparacağından da danışıb: "Bu barədə bizim fikrimiz gələn həftə açıqlanacaq. Böyük ehtimalla yeni bir qurum ortaya çıxacaq. Təbii ki, biz Müsavat Partiyasını saxtakarların əlindən almaq üçün mübarizəmizi davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB