Mərkəz sədri: “Azərbaycanın İŞİD-ə qarşı əməliyyatlarda iştirakı real deyil”

Mərkəz sədri: “Azərbaycanın İŞİD-ə qarşı əməliyyatlarda iştirakı real deyil”

"Azərbaycanın İŞİD-ə qarşı hərbi əməliyyatlarda Türkiyə ilə ortaq hərəkət etməsinə ehtiyac yoxdur". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin İŞİD-ə qarşı əməkdaşlığı daha çox xüsusi xidmət orqanları arasında mümkündür: "Azərbaycanın texnika və canlı qüvvə ilə bu əməliyyatlarda iştirak etməsi real deyil. Amma Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlar zamanı hər hansı çətinliklə qarşılaşsa və Azərbaycandan yardım istəsə, əlbəttə Azərbaycan buna müsbət cavab verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə