İSESKO baş katibi :"Dağlıq Qarabağda işğala son qoyulmalıdır"

İSESKO baş katibi :"Dağlıq Qarabağda işğala son qoyulmalıdır"

YUNESKO və İSESKO baş katibləri IV Bakı Beynəlxalq Forumunu təbrik edib. SİA-nın xəbərinə görə, YUNESKO baş katibi İrina Bokova video-müraciətində deyib ki, Mədəniyyət, təhsil, elm insanlar üçün vacibdir. Onun sözlərinə görə, Forum əslində YUNESKO-nun üzərinə götürdüyü missiyanı da əks etdirir: "Biz Foruma tam dəstəyimizi ifadə edirik. Bu böyük təşəbbüsü, eyni zamanda bu təşəbbüsü əzmkarlıqla reallaşdırdığına görə Azərbaycanı təbrik edirəm".

İSESKO-nun direktoru Əbdüləziz Osman əl-Tüveycri isə çıxışında deyib ki, dialoq, ahəngdar və dözümlülük mərkəzi olan Bakıda bu tədbirin keçirilməsi çox mühümdür. Onun sözlərinə görə, prezident İlham Əliyev Bakı Beynəlxalq Forumunu qlobal bir tədbirə çevirib: "Dünya heç görünmədiyi kimi ahəngdar münasibətlərin qurulmasını tələb edir. Çox böhranlı və çətin bir şəraitdə yaşayırıq. Beynəlxalq ictimaiyət çaşqınlıq içərisindədir. Təhlükəli çağırışların aradan qaldırılmasına hazır olmalıyıq. Forum sülh naminə bir əqli alyansdır. Biz ilk öncə ekstremist meyllərin aradan qaldırılmasına nail olmalıyıq. Lakin dünyada fərqlilik hüququna hörmət etmədən buna nail ola bilmərik. Bakı Beynəlxalq Forumu ən uğurlu tədbirlərdən biridir: "Bu tədbirlərlə Bakı dünyanın diqqətini cəlb edib, ideal platforma qurulub. Bu Forumu insan svilizasiyanın ən ülvi məramlarını əks etdirən platforma adlandırdım. Biz əsl insan alyansını qurmalıyıq və bu Forum insan alyansıdır. Dağlıq Qarabağın işğalı və Fələstin problemi ilə əlaqədar bir çox təşəbbüslər irəli sürülüb: "Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edilib. Dağlıq Qarabağda işğala son qoyulmalıdır, mən bunu İSESKO adından bəyan edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə