Aqil Abbas: "ATƏT-in Minsk qrupunu və Ceyms Uorliki tanımıram” AÇIQLAMA

"Mən nə Ceyms Uorliki, nə də ATƏT-in Minsk qrupunu tanıyıram". Bunu SİA-ya millət vəkili Aqil Abbas ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı artıq Rusiya və ABŞ-ın birgə razılığa gəldiyinə dair söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinı görə, ATƏT-in Minsk qrupu 22 ildir ki, Azərbaycanı aldatmaq məşğuldur: "Mən nə Ceyms Uorliki, nə də ATƏT-in Minsk qrupunu tanıyıram. ATƏT, onun Minsk qrupu və qurumun həmsədrlərinə heç cürə inanmıram. Bu insanlar özlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışdıqları ilə üçün təskinlik verirlər.

Bir sözlə, onların fəaliyyətindən hansısa uğurlu nəticələr gözləməyə dəyməz. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu 22 ildir heç bir uğura nail olmayıbsa, bundan sonra da onlardan nəsə gözləməyə dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə