Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulandı, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə