Mirkazım Kazımov: “Milli Şura"nın adından başqa heç nəyi yoxdur”
""Milli Şura"ya nüfuzu və cəmiyyətimizdə çəkisi olmayan şəxslər toplaşıb. Bu tip adamların da keçirdikləri hər hansı iclas kiçik bir auditoriyaya, daha doğrusu elə o iclasdakıların özləri üçün hesablanıb". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov bildirib. O qeyd edib ki, bu qurumda təmsil olunanların hər hansı tədbir keçirməsinin heç bir əhəmiyyəti yoxdur.
"Milli Şura"nın ötən gün keçirdiyi sessiyaya və orada yaşanan qarşıdurmalara münasibət bildirən millət vəkili vurğulayıb ki, hazırda müxalifət rəhbərləri çaşqınlıq içərisindədir: "Mən eşitdim ki, müxalifət liderlərinə haqlı suallar ünvanlanıb. Amma onlar bu suallardan qaçıblar. Çünki onlar qorxurlar və yaxşı bilirlər ki, vaxt gələcək xalqın adından danışdıqlarına görə müxalifət partiyaları daha da məğlub vəziyyətə düşəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB