Hikmət Babaoğlu: “Proqramın məqsədi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir”

Hikmət Babaoğlu: “Proqramın məqsədi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir”

""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin sosial-iqtisadi inkişafı üçün ən əhəmiyyətli proqramlardan biridir". Bunu SİA-ya açıqlaması zamanı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

O bildirib ki, uzun müddətdir Azərbaycanda məhsuldar nəticələr verən müxtəlif layihələr həyata keçirilir: "Regionların sosial-iqtisadi inkişafı layihəsi çərçivəsində bölgələrimiz üçün çox böyük işlər görülüb. Elmin, təhsilin, mədəniyyətin inkişafı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi hələ də davam edir. Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi dövlət proqramı var. Bu sahədə müəyyən addımlar atılıb. Bu gün Azərbaycan ərzaq istehsalı və istehlakı baxımından özünü təmin edə bilən ölkəyə çevrilib. Azərbaycanın sosial-iqtisadi vəziyyətinin inkişafına yönələn belə layihələrdən biri də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıdır. Bu proqram çərçivəsində olduqca böyük layihələrin reallaşdırılması nəzərdə tutulub. Beləliklə istər ölkəmizin sosial-iqtisadi, istərsə də sənaye sektorunda böyük uğurlar əldə olunacaq ki, bu da xalqımızın inkişafı baxımından tarixi bir layihə kimi yadda qalacaq. Bu proqramın həyata keçirilməsində məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir və bu istiqamətdə çox əhəmiyyətli addımlar atılır".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə