BAXCP rəsmisi: “Tezliklə Müsavatın qrultayı keçirilməsə, partiya ikiyə parçalanacaq”
"Müsavat partiyasında baş verən son hadisələrdə məsuliyyət birbaşa İsa Qəmbərin üzərinə düşür. Hesab edirəm ki, olanlarda günahkar İsa Qəmbərin özüdür". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Müsavat partiyası daxilində baş verən hadisələri şərh edərkən deyib.
"Uzun illərdir ki, İsa Qəmbər müxtəlif bəhanələrlə partiyanın qurultayını keçirmir. Baş verənlərə də səbəb budur. Artıq bir neçə ildir ki, partiyanın daxilində İsa Qəmbərin başqanlıqdan getməyini istəyən xeyli insan var. Hüseyn Məlikin istefası da İsa Qəmbərin bu addımına etirazdır" - deyə, N.Orduxanlı vurğulayıb.
BAXCP rəsmisi bildirib ki, İsa Qəmbər qurultay keçirməsə, partiya parçalanacaq: "Müsavatçılar İsa Qəmbərə sonuncu şansı veriblər. Sentyabrda qurultay keçirlməsə, partiya iki hissəyə parçalanacaq".
N.Orduxanlı qeyd edib ki, partiya daxilindəki narazılıqlara baxmayaraq İsa Qəmbər başqanlıqda qalmağa israrlıdır: "O, nəyin bahasına olursa olsun başqanlıqda qalmağa çalışır. Hazırda partiya daxilində ikitirəlik yaranıb. Bir qrup partiyanın başqanlığına Arif Haclının gəlməsinin tərəfdarıdır. Digər qrup isə İsa Qəmbəri dəstəkləyir. Hesab edirəm ki, İsa Qəmbər partiyanın qrultayını yaxın vaxtlarda keçirməsə, daha çox qopmaların şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB