Əsgər Əhməd: “Partiya parçalanacaq, vəziyyət nəzarətdən çıxacaq”
Sabiq müsavatçı da SƏRT DANIŞDI

Müsavatın başqan müşaviri Hüseyn Məlikin istefası vaxtilə bu təşkilatın sıralarına söz sahibi olan eks-funksioner Əsgər Əhmədin də maraqdoğurucu açıqlama verməsi ilə nəticələnib. SİA-nın məlumatına görə, sabiq Müsavat funksioneri Əsgər Əhməd Hüseyn Məlikin istefasını qurultayöncəsi partiyadaxili gərginliklə bağlı olduğunu deyib və ilginc proqnozla çıxış edib. Onun fikrincə, İsa Qəmbər başqanlıq postunu tərk etdikdən sonra onun yerinə potensial namizəd kimi təqdim edilən Arif Hacılı təşkilatın sükanını əlində saxlamaq gücündə olmayacaq: "Gözlənilən odur ki, partiyanın yeni başqanı Arif Hacılı olacaq. Hesab edirəm ki, o, Müsavatı idarə edə bilməyəcək".

"Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq"-deyə qeyd edən Əsgər Əhməd eyni zamanda onu da deyib ki, artıq bu partiyada baş verənlər onun maraq dairəsində olmayan məsələdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə