Bu gün Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü öz işinə başlayır. SİA-nın xəbərinə görə, görüş Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sədrliyi ilə Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
Görüşdə 2015-ci ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti, assosiasiya sazişlərinin, eyni zamanda dərin və hərtərəfli azad ticarət zonası barədə sazişlərin icrası və birgə öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər məsələlərin müzakirə olunacağı nəzərdə tutulub.
Xatırladaq ki, görüşdə Azərbaycanı Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB