Aydın Hüseynov: “Bu, Azərbaycanın diplomatik nailiyyəti və qələbəsidir” AÇIQLAMA

Aydın Hüseynov: “Bu, Azərbaycanın diplomatik nailiyyəti və qələbəsidir” AÇIQLAMA

"Bakıda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyası Azərbaycanın siyasi nüfuzu, eləcə də ölkəmizə olan etimaddan xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov deyib.

Aydın Hüseynovun sözlərinə görə, ciddi siyasi qurum olan bu təşkilatın növbəti sessiyasında Avropa parlamentariləri öz gözləri ilə bir daha Azərbaycanda gedən siyasi proseslərin və iqtisadi nailiyyətlərin əyani şahidi oldular. Bununla belə onlar Azərbaycanın tolerant, dünyəvi, demokratik prinsiplərə söykənən ölkə olmasını gördülər. Təbii ki, bu Azərbaycanın diplomatik nailiyyəti və qələbəsidir. Ölkəmiz artıq dünyəvi bir dövlətə çevrilib. Bu gün Azərbaycan təkcə Avropa üçün iqtisadi partnyor yox, eyni zamanda siyasi, demokratik prinsiplər baxımından önəmlidir.

Bu gün artıq Avropa Azərbaycanın dünyaya nümunə olacaq (bütün keyfiyyət və parametrlər baxımından) bir dövlət olduğunu görür. Hətta Azərbaycan Avropanın özünə belə öz töhvələrini verir. Artıq dünyada Azərbaycan standartları tətbiq olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə