150-yə yaxın gənc Qarabağ şəhidlərinin məzarlarını ziyarət edib FOTO
Azərbaycan gənclərinin böyük bir hissəsini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. SİA-nın məlumatına görə, YAP GB-nın həyata keçirdiyi növbəti tədbir 26 İyun Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilib. Bu münasibətlə YAP Gənclər Birliyinin üzvləri Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.
YAP gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsini yad edib və məzarları önünə gül dəstələri düzüblər. Ümumilikdə 150-ə yaxın gənc şəhidlərin məzarını ziyarət edib. Ziyarətçilər arasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov da olub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri — təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Müasir silahlı qüvvələr Qarabağ münaqişəsi dövründə şəhər özünümüdafiə dəstələri əsasında meydana gəlib. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunun yaratmasına hüquqi əsas verib. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Müasir Azərbaycan ordusu 1993-cü ilin sonlarında yaradılıb. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib və hər il Azərbaycan xalqı bunu bayram edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB