Fəzail Ağamalı: "Leyla Yunusun hərəkətləri lazımi səviyyədə hüquqi qiymətini tapmayıb"
"NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Routh" seminarının Bakıda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz bu gün dünyanın siyasi mərkəzlərindən birinə çevrilməkdədir. Təbii ki, bu da hər bir Azərbaycan vətəndaşını sevindirir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, eyni zamanda nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Siyavuş Novruzov və digərləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək ölkəmizin dövlət maraqlarını həmin tribunada ifadə edirlər. Bunu alqışlayırıq". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bugünkü növbədənkənar iclasında çıxışı zamanı deyib.
Milət vəkili onu da bildirib ki, həmin seminarda xoş olmayan məqamlar da olub: "Tədbirdə bizi təəssüfləndirən xüsusi məqamlarda oldu. Hələ də Azərbaycanın dövlət maraqlarına zərbər vurmaqda davam edən, eləcə də ermənilərə xidmət edən Leyla Yunus yenə də öz ampulasında qalmaqda davam edir. Bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini tapmayıb. Bu da bütün vətəndaşları narahat edir. Digər narahtlıq doğuran məqamlardan biri də odur ki, KİV-lərə verilən məlumatlara görə, onun ayrı ayrı banklarda külli miqdarda pulu var. Maraqlıdır həmin pulların mənbəyi hardandı? Əldə etdiyi vəsaiti nəyə xərcləyir? Vergiləri ödəyirmi? Bütün sualların cavabı hələ də açıq qalıb. Onun Azərbaycanın dövlətçiliyində, ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük xidmətləri olan, daxili işlər orqanlarında göstərmiş olduğu təhqiramiz hərəkətləri bütün insanları hiddətləndirir".
"Danılmaz faktdır ki, o, bu hərəkətləri Almaniyada, Amerikada etsəydi, o zaman başqa addımlar atılardı. Ancaq Azərbaycanda o, qadındır, hüquq müdafiəçisidir deyə gözün üstündə qaşın vardır deyən olmadı. Axı belə şey olmaz? Ona görə də buradan hüquq mühafizə orqanlarına müraciət edirəm ki, Leyla Yunusla bağlı addımlarını daha sərtləşdirsinlər" - deyə, F. Ağamalı məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Spiker Oqtay Əsədov isə millət vəkilinin çıxışına belə reaksiya verib: "Adıçəkilən seminar həqiqətən də yüksək səviyyədə keçirildi. Seminarda baş verən hadisələrə gəlincə, orada çıxış edən insanların sözlərinin Milli Məclisin iclasında müzakirə edilməsinin tətəfdarı deyiləm. Millətin gözü tərəzidi. Hər kəsin hərəkəti göründü və bilindi. Bunu artıq şişitməyə ehtiyac yoxdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB