Cəmil Çiçək: "Vətəndaşlarımız tezliklə azad edilməsə, Türkiyə ciddi addımlar atacaq"

Cəmil Çiçək: "Vətəndaşlarımız tezliklə azad edilməsə, Türkiyə ciddi addımlar atacaq"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək İraqın Mosul şəhərində türk diplomatlarının girov götürülməsi ilə bağlı bəyanat verib. SİA-nın məlumatına görə, C. Çiçək bəyanatını bu gün Bakıda keçirilən TÜRKPA Şurasının V iclasında çıxışı zamanı səsləndirib.

O, çıxışı zamanı adıçəkilən ərazidə 49 türk diplomatının girov götürülməsini sərt qınayıb: "İraq Şam İslam Dövləti (İŞİD) Mosuldakı konsulluğumuzun baş konsul başda olmaqla 49 əməkdaşını girov götürüb. Bundan əlavə, bu təşkilat iki gün öncə Kilic keçid məntəqəsində 31 vətəndaşımızı girov götürüb. Biz İraqda tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulamaqla yanaşı, tez bir zamanda türk vətəndaşlarının azad edilməsi istiqamətinə fəaliyyət göstəririk. Biz Türkiyə olaraq baş verən hadisələri şiddətlə pisləyir və bunu insanlığa qarşı hərəkət hesab edirik. Əgər vətəndaşlarımız qısa zamanda azad edilməsə, Türkiyə ciddi addımlar atacaq".

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov da öz növbəsində türkiyəli həmkarına dəstək çıxararaq bildirib ki, baş vermiş vəziyyət qətiyyətlə pislənilməlidir: "Ona görə də oradakı türk vətəndaşlarının dərhal azadlığa buraxılması ilə bağlı bəyanat yazılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə