İqbal Ağazadənin İranın kəşfiyyat orqanlarına işlədiyi məlum oldu ŞOK

“Ümid” Partiyasının sədri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasına maddi dəstək də verib
İqbal Ağazadənin İranın kəşfiyyat orqanlarına işlədiyi məlum oldu ŞOK

"Cari lin mart ayının 15-də Danimarkanın Kopenhagen şəhərində Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti (GAMMP) yaradılıb". Etibarlı mənbədən SİA-ya daxil olan məlumata görə, sözügedən toplantı "Ümid" Partiyasının sədri İqbal Ağazadənin maddi dəstəyi ilə keçirilib. Belə ki, İqbal Ağazadənin "Dünya Azərbaycanıları Konqresi"nin (DAK) üzvü olması, "Güney Azərbaycan Milli Oyanış Hərəkatı"nın (GAMOH) üzvləri arasında nüfuzunun olması səbəbindən qeyd olunan hərəkatın üzvləri onun dəvəti ilə həmin tədbirdə iştirak ediblər.

Mənbə qeyd edib ki, tədbirin əsas məqsədi, GAMOH fəalları arasında olan ziddiyyətlərin aradan qaldırılması və Cənubi Azərbaycandakı prosesləri nəzarətdə saxlamaq olub. Belə ki, sözügedən tədbirdə Əhməd Obalı, Mahmudəli Çöhrəqanlı, Firuddin Pərvizniyə, Nurəddin Qaravi, Eldar Qaradağlı, Əlirza Ərdəbili, Səid Əzizi, Əhməd Yazdani, Nağı Mahmudi və başqaları iştirak ediblər.

Verilən məlumatda o da qeyd olunub ki, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılması birmənalı qarşılanmayıb. Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə toplantının İran İslam Respublikası (İİR) tərəfindən təşkil olunduğunu bildirib. Belə ki, İİR-in xüsusi xidmət orqanları ilə əlaqəli olan azariha.org saytı isə tədbirin Türkiyə xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə