Polşada Ümummilli Lider Heydər Əliyev yad edilib

Polşada Ümummilli Lider Heydər Əliyev yad edilib

Bu ilin 16 may tarixində Polşanın Pruşkov rayonunun Mədəniyyət Mərkəzi və Adam Mitskieviç adına liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Pruşkov rayonunun rəhbəri xanım Eljbieta Anna Smolinskaya Azərbaycan və Polşa əlaqələrindən danışaraq, ölkəmizin yüksək templə inkişaf edən və gözəl təbiətə malik bir ölkə olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra səfir Həsən Həsənov tədbir iştirakçıları qarşısında çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Ümummilli lider Heydər Əliyev tərəfindən II İoann Pavelin Azərbaycana dəvət olunması haqda tədbir iştirakçılarına məlumat verən səfir, bu səfərin Azərbaycanda mövcud tolerant mühitin göstəricisi olduğunu qeyd edib.

Tədbirlərdə Azərbaycan diasporunun üzvləri, Pruşkov rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə