Zahid Oruc: “Sülh danışıqları nəticə vermədikcə, beynəlxalq vasitəçilik missiyası iflasa uğrayacaq”
"Sülh danışıqları nəticə vermədikcə, beynəlxalq vasitəçilik missiyası iflasa uğrayacaq". Bunu SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupunun son bəyanatında qeyd olunan fikirlərə münasibət bildirərkən deyib.
Z.Oruc bildirib ki, ATƏT-in Minsk qrupunun son bəyanatında qeyd olunan fikirlər yeni deyil, hər zaman səsləndirdikləri fikirlərin təkrarıdır.
Atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması ilə bağlı həmsədrlərin fikirlərinə gəlincə isə millət vəkili deyib ki, atılan hər güllə onların özlərinə atılan güllələrdir: "Son zamanlar həmsədrlərin fəaliyyətinin aktivləşməsi və bunun fonunda hansı sənədləri meydana gətirə biləcəklərinə dair fikir demək çox çətindir. Çünki Rusiya-Ukrayna arasındakı savaş Rusiyanın beynəlxalq əlaqələrini tamam zərbə altında qoyub və Qərblə ciddi konfrantasiya var. Ona görə də ATƏT-in Minsk qrupunda səmərəli bir əməkdaşlığın olacağını bel bağlamaq sadəlövhlükdür".
Z.Oruc vurğulayıb ki, ATƏT-in Minsk qrupu ictimai rəydə müsbət xal qazanmaq üçün bəyanatlar səsləndirməsi, bağlı qapılar arxasında isə bunları deməməsi çox yalnışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB