Elmar Məmmədyarov AŞ-na üzv olan ölkələrin XİN rəhbərlərinin görüşündə iştrak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasına (AŞ) üzv ölkələrin Vyanada keçiriləcək görüşündə iştirak edəcək. SİA- bu barədə Avropa Şurasının rəsmi internet səhifəsinə yer alan məlumata əsasən xəbər verir. Məlumatda iclasın mayın 6-da Vyananın Hofburq sarayında baş tutacağı qeyd olunub.
İclasda hazırda Avropada olan vəziyyət, demokratiya və insan hüquqları, qanunun aliliyi müzakirə ediləcək.
Toplantıya AŞ-na üzv olan 47 ölkənin xarici işlər naziri qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB