"Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm". SİA-nın xəbərinə görə, bu sözləri ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanla İsrail arasında sıx münasibətlərdən danışan İsrail XİN rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüş haqqında məlumat verib.
Səfir görüş zamanı ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələri haqqında müzakirə aparıldığını dilə gətirib: "Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır".
Aviqdor Liberman həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduğunu qeyd edib: "O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Bunlardan bir hissəsini biz artıq bu gün reallaşdırırıq. Yenə də qeyd edirəm ki, iki ölkə arasında əlaqələrin ən vacib sahəsi yüksək texnologiyalar, energetika və kənd təsərrüfatı sahələri müzakirə edilir. Bu görüşə kimi mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB