Mais Səfərli: "Azərbaycanda heç kəs əsassız olaraq saxlanılmır və istintaqa cəlb olunmur"

Mais Səfərli: "Azərbaycanda heç kəs əsassız olaraq saxlanılmır və istintaqa cəlb olunmur"

"Rauf Mirqədirov çox ciddi ittihamlarla həbs edilib. Yəqin ki, onun həbsini əsaslandıran ciddi faktlar var ki, hüquq mühafizə orqanları onu saxlayıblar". Yurddaş Partiyasının sədri Mais Səəfərli SİA-ya verdiyi açıqlamasında bu qənaəətə gəlib.

Onun fikirincə, ölkədə heç kim əsassız şəkildə saxlanılmır: "Hər bir kəs çox gözəl bilir ki, Azərbaycan demokratik və hüquqi bir dövlətdir. Heç kəs əsassız olaraq saxlanılmır və istintaqa cəlb olunmur. Azərbaycan dövlətinin mükəməl qanunları var. Bu qanunlarında keşiyində duran bizim hüquq mühafizə orqanlarımızdır. Təbii ki, bu işində istintaqı çox obyektiv şəkildə aparılacaqdır".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə