Gənc sahibkarlar Rumıniyanın nazirləri ilə görüşəcək

Gənc sahibkarlar Rumıniyanın nazirləri ilə görüşəcək

Aprelin 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) növbəti İdarəetmə iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Azərbaycanı DVC Gənc Sahibkarlıq Proqramının eksperti və tərəfdaşı olan Rəşxan Qaraşlı təmsil edir. İclasın əsas məqsədi – qurumun yeni prezidentinin və vitse-prezidentlərinin seçimlərini keçirtmək, üzv təşkilatlarının birgə fəaliyyətlərini müzakirə etmək, qurumun fəaliyyət və maliyyə hesabatını qəbul etməkdir.

Qeyd edək ki, hal-hazırda qurumun prezidenti Rumıniyanın yeni təyin olunmuş orta və kiçik sahibkarlıq, turizm üzrə naziridir. Səfər çərçivəsində DVC nümayəndəsi Rumıniyanın baş naziri Cənab Viktor Ponta, iqtisadiyyat naziri Cənab Konstantin Nita və digərləri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə