Azərbaycana keçən erməni vətəndaşı ölkəsinə təhvil verildi

Azərbaycana keçən erməni vətəndaşı ölkəsinə təhvil verildi

Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı Arsen Xocayan bu gün Qazax rayonunun Cəfərli kəndi istiqamətində ölkəsinə təhvil verilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının iştirakı ilə bu günorta saatlarında Qazax rayonunun Cəfərli kəndi istiqamətində qarşı tərəflə danışıqlar aparılıb və daha sonra Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib.

Qeyd edək ki, Arsen Xocayan martın 7-də Tovuz rayonu ərazisindən qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfə keçib.

KAMRAN ƏSKİPARALI

Bütün xəbərlər Facebook səhifəmizdə