Azərbaycana keçən Ermənistan vətəndaşı bu gün ölkəsinə təhvil veriləcək

Azərbaycana keçən Ermənistan vətəndaşı bu gün ölkəsinə təhvil veriləcək

Azərbaycana keçən Ermənistan vətəndaşı bu gün ölkəsinə təhvil veriləcək. Bu barədə SİA-ya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Dövlət Komissiyanın əməkdaşları və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hərbçilərlə birlikdə Qazax rayonundadırlar və hazırlıq işləri gedir. Ermənistan vətəndaşının günorta saatlarında təhvil veriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə