Malayziyanın Azərbaycanda yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Harris Bin Alvi Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Malayziya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Həmçinin Harris Bin Alvi Malayziyanın Azərbaycandakı səfirliyi və onun gələcək fəaliyyəti haqda məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB