Pentaqon Rusiya hərbçilərini izləyir GƏRGİNLIK

Pentaqon Rusiya hərbçilərini izləyir GƏRGİNLIK

ABŞ Rusiya hərbçilərinin Ukrayna sərhədlərindəki dislokasiya nöqtələrini izləyir. SİA xəbər verir ki, bu barədə dünən keçirilən brifinqdə Pentaqonun rəsmisi, kontr-admiral Con Kirbi məlumat verib. Eyni zamanda qeyd olunub ki, Vaşinqton bu regionda hərbi manevrlərin və təlimlərin keçirilməsinə də ehtiyac olmadığını hesab edir.

"Onların (Rusiya tərəfi-red.) hərəkətlərindən belə qənaətə gəlmək olar ki, hərbi təlimlər adı altında sərhədləri pozmayacaqlar. Biz də inanırıq ki, onlar bu sözlərinin üstündə dayanacaqlar" - deyə, qeyd edən amerikalı kont-admiral onu da bildirib ki, Rusiya tərəfi hətta hərbi təlim keçirməsinə rəğmən, Avropanın bu hissəsindəki gərginliyi aradan qaldıra bilmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə