Millət vəkili: “Hesab edirəm ki, bu sərəncam hamının ürəyindən oldu” MÜNASİBƏT
"İlaxır çərşənbədə Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun qorunması uğrunda həlak və əlil olan, Qarabağ savaşı zamanı itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzaladı. Dövlət başçımızın bir növ həm də bayram hədiyyəsi kimi qiymətləndirilən bu sərəncamı hesab edirəm ki, təkcə bundan faydalanacaq ailələrin deyil, hamının ürəyindən oldu". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.
"Bu sərəncam ona görə hamının ürəyindən oldu ki, cənab Prezidentin bu addımının arxasında sadəcə, həqiqətən də belə bir güzəştə ehtiyacı olan və ona haqq edənlərə qayğı dayanmır. Bu sərancam Azərbaycan dövlətinin geosiyasi baxımdan indiki kimi mürəkkəb bir dönəmdə öz müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə necə hassaslıqla yanaşdığını, bu yolda can qoyan, qan tökən vətəndaşlarının onun üçün nə qədər dəyərli və əziz olduqlarını göz önünə sərir" – deyə millət vəkili fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB