Elmar Məmmədyarov Türkiyədə iranlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov Türkiyədə iranlı həmkarı ilə görüşüb

Türkiyənin Van şəhərində Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

Bu barədə SİA-ya Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Görüş zamanı bir sıra ikitərəfli və regional əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə