“EL” Hərəkatı Partiyası Əli İnsanovu susduracaq bəyanat yaydı

“EL” Hərəkatı Partiyası Əli İnsanovu susduracaq bəyanat yaydı

"EL" Hərəkatı Partiyası Əli İnsanovu susduracaq bəyanat yaydı. Bəyanatda deyilir: "Sən kimsən, insanlıqdan kənar Əli? (Gələcəkdə ik Əli oxu)

Rusların çox yaxşı bir deyimi var - "esli xoçeş napomnit merzavtsu, eqo proşloe, inoqda nado dat emu po şeçınu". İnanırıq ki, insanlıqdan kənar Əliyə şapalaq vurmağın vaxtı çatıb.

ik Əli ağzını elə açır ki, ordan gələn üfunət iyi bizi hətta İmişlidə, Beyləqanda, Şamaxıda və hətta Qazaxda da vurdu.
ik Əli, Səhiyyə Naziri vəzifəsinə sırf təsadüf nəticəsində təyin edilmişdin. Sən vəzifəyə gəldiyin ilk gündən Azərbaycan səhiyyəsinə, savadlı, təcrübəli həkimləri işdən azad etməklə, elə bir zərbə vurdun ki, hələ də Azərbaycan səhiyyəsi özünə gələ bilmir. Qanunsuz işdən azad etmələrə görə sənin haqqında ayrı-ayrı məhkəmələr və prokrorluq orqanları tərəfindən 12 cinayət işi qaldırıldı. Lakin o zamanlar ölkədəki ictimai-siyasi vəziyyət sənin həbsinə münbit şəraitin olmadığını göstərirdi. Beləliklə harınlaşdın, ik Əli, əl-qolunu daha da geniş açaraq ölkəyə saxta dərmanlar gətirməyə başladın. Almaniyada saxta dərman istehsal edən sexlər yaratdın. Saxta və keyfiyyətsiz dərmanlar ölkədə tüğyan edir, ik Əli, özünə küllü miqdarda mal-dövlət yığırdın. Saxta dərmanlarla kifayətlənmədin ik Əli M. Nağıyev adına Xəstəxananın, Respublika Eksperimental Xəstəxanasının və digər səhiyyə ocaqlarının ərazilərini satmağa və ya öz mülkiyyətinə çevirməyə başladın.
Yığdığın var-dövlət ik Əlini ağıllanmadın, kamilləşmədin, insanlarımıza və dövlətimizə xəyanət yolunu tutdun.
ik Əli Azərbaycanı sevə bilmədin, onun regionda real iqtisadi və siyasi gücə çevrilməsindən qürur duymadın, Azərbaycanın Avropa ilə Asiya arasında həqiqi körpüyə çevrilməsi və söz sahibi olması səni yalnız qıcıqlandırdı və nəticədə sənin cismində qurdlar əmələ gəldi. Nəticə isə göz qabağındadır, ik Əli, ağzın sulanır, yuxun qaçır və ağzından çox uzağa vuran üfunət yağır.
ik Əli, səni heç biz də sevmirik, çünki sən doğulduğun andan Azərbaycana qara ləkəsən, sən öz maraqları naminə Azərbaycanı və onun vətəndaşını kimlərə satdığını özün daha yaxşı bilirsən. Axı sənin öz əqidən heç zaman olmayıb, sən şöhrət, vəzifə və var-dövlət naminə kimlərin ağuşuna atılmadın?
ik Əli, sən həyatın boyu xainlik və eqoist xüsusiyyətlərlə yaşadın, özünü layiq olmadığın səviyyədə gördün, bu da şizofreniyanın məhşur əlamətlərindəndir.
Sən elə qanırsan ki,etdiyin tərbiyəsizliklə özünə tərəfdar toplayacaqsan? Yanılırsan, ik Əli!!! Elin gözü tərəzidir!!! Sənin atdığın küllə onun gözü tutulmaz. Ermənisayaq hərəkətlərinlə sənin xaricdən dəstək dilənmək istədiyin hər kəsə aydındır! Xalqın seçdiyi şəxsə böhtanlar yağdırmaq xalqda sənə qarşı yalnız ikrah hissi oyadır!!! Sənin diqtənlə özünü müxalifət adlandıran dörd cüt bir təklə Bakıda xaos yaratmaq istədin. Sonu nə oldu, ay bədbəxt? Sən bu arzu və istəyinlə heç nəyə nail ola bilməzsən, çünki ətrafında dolaşan cəmillərin, eldarların, köçərilərin və əlilərin əqidəsi əvvəlindən yanlışdır. Belə qaraguruhla sən müxalifətin yeganə liderinə çevrilmək istəyirsən? Artıq həqiqətləri anlamağının vaxtıdır.
Bu gün dünyanın qəbul etdiyi böyük siyasətçinin yanında çox çılız görünürsən. Sən Azərbaycanda regionçuluq toxumu səpən, adamları tayfalara bölən, ayrıseçkilik salan, bu xalqın genofonduna ziyan vuran, vəzifəni öz maraqlarına xidmət alətinə çevirən bədbəxt birisən!
Uzun illər bu xalqın qanını sən sordun, xəstəxanaları, polikilinikaları və digər səhiyyə ocaqlarını öz gəlir mənbəyinə çevirdin. Bu sənə bizim son cavabımız deyil! Ətrafındakı boşboğazlara söyləki mətbuatı izləsinlər və bizim fikirlərimizi sənə mütləq çatdırsınlar.
15 fevral 2014-cu il tarixli Müsavat qəzeti ik Əli haqqında "Əli İnsanov hakimiyyətə od püskürdü" başlıqlı bir yazı verib. Yazının müəllifi cənab E. Məmmədəliyevə bildirmək istəyirik ki, içi üfunətlə dolu olan ik Əli heç zaman od püskürə bilməz, olsa-olsa yalnız öz dodağına tüpürə bilər. Atalar yaxşı deyib, Sirkə nə qədər tünd olsa öz qabını çatladar".

Bütün xəbərlər Facebook səhifəmizdə