Xəzər Teyyublu: "Mütəllibovun kimliyini hamı bilir"

Xəzər Teyyublu: "Mütəllibovun kimliyini hamı bilir"
"Biz dünən bu məsələni KCXP-nin iclasında müzakirə etdik. Mütəllibovun o vaxt hakimiyyətdə olan AXC-yə şər atması düzgün deyil. Əvvəla, AXC olmasa idi, "Azadlıq" hərəkatı da olmazdı. Ayaz Mütəllibov o vaxt "Azadlıq" hərəkatına dirəniş göstərirdi, mane olmağa çalışırdı".Bu fikirləri SİA-ya açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib.

Mütəllibovun "Xocalı faciəsinə səbəbkar AXC-dir" fikrinə münasibət bildirən X.Teyyublu qeyd edib ki, Mütəllibov tarixi təhrif edir: "Hər halda onun kimliyini hamı bilir. Onun dedikləri tarixi gerçəkliyi əks etdirmir, əksinə tam təhrif olunub. Bu, Mütəllibovun tarixdən xəbərsiz olmasını göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə