Azərbaycan və Belarus arasındakı bir sıra sənədlər təsdiq olunub

Azərbaycan və Belarus arasındakı bir sıra sənədlər təsdiq olunub

Azərbaycan və Belarus arasında imzalanan bir sıra sənədlər təsdiq olunub. SİA-nın məlumatına görə, parlamentin bugünkü iclasında müzakirə olunan sazişlər müxtəlif sahələri əhatə edir. Bunlar Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" saziş və "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə" protokoldur.

Hər üç sənəd səsə qoyularaq təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə