Xəzər Teyyublu: “Əli Əliyevlə razı deyiləm”

Xəzər Teyyublu: “Əli Əliyevlə razı deyiləm”

"Əli Əliyev düzgün danışmır. Mən onunla qəti şəkildə razı deyiləm. Milli Şuranın xaricdən maliyyələşməsi ilə dediyi sözlər reallığı əks etdirmir". Bu fikirləri SİA-ya açıqlamasında KAXCP sədrinin müavini Xəzər Teyyublu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "Milli Şura anti-millidir" fikrinə münasibət bildirərkən söyləyib.

Xəzər Teyyublu, son zamanlar Əli Əliyevlə Eldəniz Quliyev arasında yaşanan gərgin münasibətə işarə edərək bildirib ki, VİP sədrinin Milli Şura üzvlərindən bəziləri ilə münasibəti pisdirsə, bunun qarşılığında bütün Milli Şura haqqında mənfi danışması lazım deyil: "Bəllidir ki, Əli Əliyevin Milli Şura üzvlərindən bəzisi ilə münasibəti korlanıb. Lakin bu o demək deyil ki, o, bütün Milli Şura və onun üzvləri haqqında hansısa xoşagəlməz fikirlər söyləməlidir".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə