Almaniyanın Münhen şəhərində təşkil olunan Təhlükəsizlik Konfransında Suriya ilə bağlı önəmli mesajlar verilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Suriyadakı fəlakət" mövzusunda təşkil olunan toplantıda çıxış edən Suriya müxaliflər və İnqilabçı Qüvvələr Koalisiyasının rəhbəri Əhməd əl Carba, Cenevrə- 2 görüşmələrində siyasi həllin tərəfdarı olduqlarını, ancaq rejim təmsilçilərinin bunu rədd etdiklərini bildirib və beynəlxalq ictimaiyyətin fəaliyətsizliyindən narazılığını dilə gətirib.
Söz verdikləri kimi, sona qədər siyasi həllin tərəfdarı olacaqlarını deyən Carba "Bütün olanlara baxmayaraq fevralın 10-da təşkil olunacaq Cenevrə görüşlərində məsələnin həlli üçün iştirak edəcəyik"- deyə, fikrini sona çatdırıb.
BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahimi isə beynəlxalq ictimaiyyətin Suriya problemi ilə maraqlanmasının vacibliyindən danışıb.
İtaliyanın Xarici işlər naziri Emma Bonino isə çıxışı zamanı Suriyadakı insanlara yardım etmək üçün hərəkətə geçməyin vacibliyindən danışaraq, çox sayda qaçqının yaşadığı İordaniya və Livana yardımın vacib olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB